Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:13

Hikmət Carçılı "Sevişək dayanmadan"


sevişək dayanmadan...

budur yağış yağır, payız yağışı,
axşamdan bəridir
şəhərin küçələri insan ayağına həsrətdir,

heç kim ürək eləmir bu yağışda dolaşmağa,
kimsə ürək eləmir
bu yağışla yarışmağa,

gəl biz,
sən,
mən,
bir də bizim ehtirasımız...
sənin şəkkər kimi dodaqların...
risq edək...

sətəlcəm olsam
öpüşlərinlə ovudarsan başımdakı ağrıları
gəl sevişək bu yağışın altında...

bədxahlarımız bizi ayırmadan sevişək
dayanmadan sevişək...
ehtirasımız ölmədən sevişək,
öpüşək,

yağış yardımçımız olmaqçün yağır
yatmış uşaqlar öpüşlərimizin səsini eşidib
oyanmasınlar deyə...

sevgi fəslidir,
sevgi yağışı yağır,
sevgi yağır göydən,

gəl bütün ömrümüz boyu bizə yetəcək qədər
bu yağışdan payımızı götürək,
heç kim ürək eləmir,
gəl bu yağışla baş-başa gələk,
sevişək doyunca səhərə qədər,
bədənimdə ehtirasım ölənə qədər,
bədənində ehtiras ölənə qədər,
biz belə sevək,

bu yağışın altında bəlkə hamilə qaldın öpüşlərimdən,
bu yağışın altında
bəlkə ata oldum gülüşlərindən
bir də belə fürsət nə bilim, nə vaxt ola,
onda məndə
nə vaxt olar,
nə baxt olar,
şairliyimdən...

gəl sevişək bu yağışın altında
siyasilərə etirazımızı gəl bu yolla bildirək,
nümunə olaq siyasilərə,
sevişək şirin-şirin
bəlkə bu şirinliyimizə paxıllıqları tuta,
bəlkə aralarında kimsə
“sülh” deyə qışqıra...

gəl sevişək bu yağışın altında
bütün dünya tamaşamıza dursun
mən sənin yaxanı açanda baxsınlar döşlərinə
ərisin kişilər gözəllik qarşısında

çəkinmə,
bəşəriyyət əvvəl-axır başa düşməlidir
sənin qadın olduğunu,
qadınlığının sirrini
gözəlliyinin Günəşə bərabər olduğunu,
göz qamaşdırmağa qadir olduğunu
nəhayət hamı anlamalıdır –
sən gözəlliyinlə dünyanı işıqlandıra
bilərsən,
QADIN!

gəl sevişək,
dodağını sıx dodağıma
qoy birləşsin iki cahan bir-birinə,
bəsdi, həsrət qaldı bir-birinə,
QADIN!

hər şeyini alıblar əlindən,
sərbəst toplaşmaq hüququndan tutmuş,
seçki hüququna kimi...

həyatda necə yaşayacağınısa özün bəlirlə
sən qadınsan,
qoy sənin necə böyük olduğunu
indən belə anlasınlar,
QADIN!

yaşa ürəyin istəyən kimi,
bir an belə dönmə əqidəndən hər axmağın sözüylə,
sən qadınsan mən kişi,
mənə lazım olduğunu etiraf edirəm,
sənsiz dünyanın ləzzəti yox,
QADIN!

sənsiz heçliyimi,
ən azından ehtirasımdan
ölə biləcəyimin labüdlüyünü etiraf edirəm
kişi kimi...
bu sənin ən doğal haqqındır,
hər şeyini itirmisən
heç olmasa sərbəst sevişmək hüququnu
itirmə,
QADIN!

gəl sevişək bu yağışın eşqinə,
gəl sevişək insanların eşqinə,
(bizdən sonra gələnlərin eşqinə)

gəl sevişək bu dünyanın eşqinə,
gəl sevişək özümüzün eşqinə!
gəl sevişək bu yağışın altında
yatmış uşaqlar öpüşlərimizin səsini eşidib
oyanmasınlar deyə,
yağır yağış...

24 may 2010

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG