Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:28
MUBARİZ

« ...Seyid nəvəsi olaraq bunu etməliyəm.
Allah boyukdur. Vətən sağ olsun.
Oğlunuz Mübariz».


Son məktubundan
Gozlərim dolur, oğul,
Sən mənim balam yaşındasan!

Bəlkə də onun ucun,
Urəyimin başında,
Gözlərimin yaşındasan.

Bu cavan yaşınla sən
Bu torpaqda izi qalan
ən qədim
Qalam yaşındasan!

Sənin ciyinlərində
Ucaldı Biləsuvar.
Azərbaycan qürur duydu,
Belə bir balası var!

Yeni bir qala qalxacaq,
Sən onun özül daşındasan.
Yeni bir dalğa qalxacaq,
Sən dağların başındasan!

Sən Kərbəla bayrağını
Qarabağda ucaltdın,
O şəhidlər cərgəsindən,
Şərəfləndi soy adın.

Şəhidlik zirvəsində
Cavan cicək canınla
Qızıl qana boyandın.
Belə cavan ömürlə
Əsrləri oyatdın,
Bu zamanı, bu tarixi
Otub kecdin, qocaltdın!

Hər ilin bir əsr,
Hər atdğın güllə
əsir qalan soydaşların yolunda
fitrə, nəzir.

Ölümün gözlərinə
Qılınc kimi şax baxdın
Güllələri düşmənin
Gözlərinin icinə sıxdın.

Bu nə atəşdi, bu nə səsdi,
Türk oğlu türk yeridi,
Hayqırdı aslan kimi
Haylar səsini kəsdi!
Sən ölümün üstündən kecdin,
əsgər addımlarıya
Ölməzliyə tələsdin...

Cinarlar budaqlarına
Qara bağlar, qara bağlar…
Ay ulduzlu bayrağımız,
Sənin yasını saxlar, yasını saxlar…

Sənin döyüş yolun qədər
Yaxın gəldi üzümüzə
Qarabağlar, qara bağlar…

Qartallar göy üzündə qıy vurdu,
Qanadını saxladı,
Vətənin qəm dolu gözləri güldü
Necə illərdən bəri
Bir fərəh soraqladı.
Uzaqda atan yaşda
Ağ saclı bir şair ağladı...

Qələmlə xəncər kimi
sinəsini dağladı,
Dilində ayə kimi
Adını soraqladı:
“Ağakərim oğlu Mübariz!”

Biləsuvar torpağından
Qeyrət Qanı yazdı iz!
İnamı, eşqi bariz,
Adı kimi mübatiz,
Vətən sevgisi dəniz,
Azərbaycan övladı,
İgidimiz, Şəhidimiz,
Əbədiyyət Əsgəri
Ağakərim Oğlu Mübariz!

05.07.2010. Moskva


HƏR DƏFƏ...

Hər dəfə vətənə dönəndə,
Gözlərimdən
Qövsi-qüzeh asılır.
Sonra yağışlar yuyur,
rənglərini aparır,
dünya bomboz qalır...

Hər dəfə,
Son ümid son damlada
Gözlərimdə sönəndə,
Ürəyimin odu keçir,
Dünya bumbuz qalır.

Əyilir göylər,
Əyir belimi.
Qalxır torpaq,
Tutur əlimi,
Dartır arxasınca
Şərəfli ölümün.

Ot basmış yollarından öpüb,
Babəkin qanı qurumamış
Qollarından öpüb,
Üzümü göylərə tutub
Deyirəm,
gözləyin yenə bir az...

Ağlama, Göyçə gölü,
Qarğama Qar-qar çayı,
Hönkürmə Həkəri,
Darıxma, Xan Araz,
Alnımız xışla qazılır,
Yeni tale yazılır,
Az qalır,
Belə qalmaz!...


QÜRBƏTİN SULTANI

Şüşə kimi ürək idim,
İndim daş olan cağımdı.
Baş qoyub yar ayağına,
Endim, xoş olan cağımdı.

Ağla, xoşbəxtliyim ağla,
Ağ sinəni qara dağla,
Qara geymiş Qarabağla,
Yandım, boş olan cağımdı.

Aşıq deyər, doldu sinəm,
Gətir badə, doldur sənəm.
O dağların daldası nəm,
Andım, yaş olan cağımdı.

Bülbul oldum, gül tanıyam,
Qərib oldum, el tanıyam.
Mən qurbətin Sultanıyam,
Sandım baş olan cağımdı.


ULATMA!

Ayrılıb tökülür sümüyüm ətdən,
Can hanı, quruca nəfəs qalıbdı.
O boyda dövlətdən, o məmləkətdən
Elə bir xırdaca ofis qalıbdı.

Yığılıb bir yerə baqqal olanlar,
Var-yoxum satılır, yurdum satılır.
Gələcək payımı çalır ilanlar,
Əsgərim satılır, ordum satılır.

Bir ovuc azadlıq, bir tikə cörək,
Günlər ötüb kecir sanki xoş kimi.
Bəlkə bir zəncirlə bağlanmaq gərək,
Qürbətlər gəzməyək perik quş kimi.

Bir kürsü üstündə yüz illik dava,
Sanki bitən deyil, tükənən deyil.
Ağzına daş istər, başına hava,
Bu ətcə balalar tüklənən deyil.

Göstər möcüzəni ey ulu Tanrı,
Yamanca günlərə qoyma yurdumu.
Göndər Rəsulunu, ver Xilaskarı,
Amandır, ulatma qoca qurdunu!

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG