Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:42

İradə Aytel "Anama"


***
Mən yoxam!
Doğulmamışam!
Məni sən uydurmuşdun!

Görən gözlü,
Sevən qəlbli bir mən!
Mən yoxam!

Doğulmamışam!
Məni sən uydurmuşdun!

Bir mən uydur yenə də -
Görən gözlü,
Sevən qəlbli bir mən!

Amma…
Təkcə səni sevən!!!


Anama

Pir yolunda pir olmusan,
Anam, getmə pirə, dəyməz!

Dilək-dilək qovrulmağın,
İçindəki sirrə dəyməz!

Bircə gülü solsa əgər,
Sanma bağban qan-yaş tökər.

Bağına bax, bəhər-bəhər
Al-yaşılda tərə dəyməz!

Balan oldum, balın oldum,
Bal yolunda yalın oldum,
Sonda bu kor yolu buldum,
Bunca dərdə, sərə dəyməz!

Bahar ömrüm keçdi daha,
Ağ gün mənlə öcdü daha,
Ümid etmə, gecdi daha,
Göy qurşağı yerə dəyməz!

***

Məndən əzəl yatan Gecəm,
İdimini kimə verdin?

Üzündəki göz yaşımı
Yadmı bilib Günə verdin?

Qorxma,
Səni söyməyəcəm.
Fəğanımla
sükütünü döyməyəcəm.

Daha sənə -
Sən də mənsən – deməyəcəm!
İradəni sənə verdim!

***

Tumarına sığınıram
Bilə-bilə, gün oğrudur!

Məndə qalan, səndə qalan,
Onda qalan da ağrıdır.
Saçım telimnən incidi,
İçim çölümnən incidi,
Gözüm dərdin sevincidi,
Qəhqəhəsi göz ağrıdır!.

Duruydum…
Elə duruydum…
Arzularıma darıydım.

O zaman ki sən varıydın -
Mən varıydım! Bu doğrudur!


Darıxmışam

Söyləmərəm adını,
Qəlbi daşam, ay ömrüm.
İstər havalın olub
Dağlar aşam, ay ömrüm.
Gizlicə yardan küsən,
Quzeydə qardan küsən,
Güllü bahardan küsən.

Qaranquşam, ay ömrüm.
Mənəm qəlbi ərköyün,
Sirri içində düyün,
Dözəmmirəm qoy deyim -
Darıxmışam, ay ömrüm!

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG