Keçid linkləri

Bakı-İstanbul sərnişinləri hadisə haqqında



Bakıdan İstanbula 075 reysi ilə uçan «Azərbaycan Hava Yolları»a (AzAL) məxsus «Aerobus 319» təyyarəsi avqustun 12-si səhər 12:40-da Atatürk adına limanda yerə endikdən sonra uçuş-enmə zolağından kənara çıxıb.

Bu barədə AzadlıqRadiosuna məlumat verən AzAL-ın sözçüsü Məhərrəm Səfərli deyir ki, nəticədə təyyarənin ön hissəsi torpağa oturub. Ancaq xoşbəxtlikdən təyyarənin 2-si uşaq olmaqla 121 nəfər sərnişindən və 8 nəfərlik heyətindən heç kim zədələnməyib.

Məhərrəm Səfərli deyir ki, AzAL və Türkiyənin Mülki Aviasiya rəsmilərinin iştirakı ilə komissiya yaradılıb və baş verənlərin səbəbləri araşdırılır:

GÜNAHKAR KAPİTANDIR?

«İlkin araşdırmalara görə, təyyarə uçuş-enmə zolağına endikdən sonra kapitan sürəti tənzimləyə bilməmiş və nəticədə də ön şassinin dayağı qatlanaraq mühərrikin örtüyü zədələnmişdir…».

Xoşbəxtlikdən ölən olmasa da, İstanbul Hava Limanının rəhbərliyinin açıqlamalarından belə çıxır ki, hadisənin çox ağır nəticələri ola bilərmiş. Çünki qəzadan sonra da təyyarənin heyəti təcrübəsizliklərini davam etdirib.

KAPİTAN MƏRKƏZİ QAPILARI AÇMALIYDI…

İstanbul Hava Limanının müdiri Cəlal Özuğur deyir ki, kapitan mərkəzi qapıları açmalı olduğu halda bunu həyata keçirməyib. Sərnişinlər isti havada bir müddət nərdivanların gəlməsini gözləyiblər. Yanğın olsaydı, təyyarənin sərnişinlərini bu halda xilas etmək mümkün olmayacaqdı:

«Heyət qapıları açmayıb. Sərnişinlər 5 dəqiqə kimi nərdivanları gözləməli olub. Halbuki, beynəlxalq təhlükəsizlik baxımından orta qapılar mütləq açılmalıydı…».
Hürriyet Video'larını izlemek için Flash 7 veya daha yüksek eklenti yüklenmeniz gerekmektedir. Yüklemek için tıklayınız!!!

ABŞ hava yolları şirkətlərinin birində uçuş heyəti üzvü kimi çalışan Azər Məmmədov deyir ki, fotoşəkillərdən göründüyü kimi, sərnişinlərin evakuasiyası beynəlxalq təhlükəsizlik tələblərinə cavab verməyib. O, güman edir ki, qəzadan sonra təyyarənin heyəti orta qapının qıfılını açdığından qəza nərdivanları işə düşməyib. Azər Məmmədovun fikrincə də, təyyarədə yanğın olsaydı, sərnişinləri ordan sağ-salamat qurtarmaq mümkün olmayacaqdı. Üstəlik, o hesab edir ki, bu məsələ rəsmən təsdiqini tapsa, AzAL beynəlxalq sanksiyalarla da üzləşə bilər.

TƏYYARƏNİN İÇİNİ DUMAN BÜRÜYÜB?

Türkiyənin «Hürriyyət» qəzeti həmin təyyarənin bir neçə sərnişininin bu qəza ilə bağlı fikirlərini də əks etdirib. Qəzetin yazdığına görə,
Azərbaycanda bir inşaat şirkətində çalışan yolçulardan Erdoğan Daldal təyyarənin sürətlə endiyini, daha sonra silkələnərək durduğunu deyir. Həmin vaxt təyyarənin içinə duman da yaranıb.

Üstəlik qəzet rəsmilərə istinadən yazır ki, təyyarənin təkərləri də aşınmaya məruz qalmış və hadisə zamanı yardımçı motordan istifadə edilməyib.

AzAL-ın keçmiş prezidenti Ədalət Əliyev də deyir ki, «Aerobus» təyyarələri o qədər də etibarlı deyil:

«Yəni bu tip təyyarələrdə tez-tez qəzalara rast gəlmək olur. Götürün «Boinq»ləri. Dünyada 10 «Boinq» satılırsa, 1 dənə də «Aerobus» satılır. Çünki ona az etibar edilir…».

Ədalət Əliyev deyir ki, bu tip hadisələr əsasən iki səbəbdən baş verir. Ya kapitanın səriştəsizliyi, ya da təyyarənin texniki nasazlığı üzündən.

Şərhləri göstər

XS
SM
MD
LG