Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:48

ATƏT-in Bakı Ofisi müxalifətə yer ayrılmasını müzakirə edir


ATƏT-in Bakı Ofisi Bakı Şəhər İcra Hakimiyyəti ilə kütləvi aksiyaların keçirilməsi üçün yeni yerlərin müəyyənləşdirilməsini müzakirə edir.

Bunu APA-ya ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorel bildirib.

O, yaxın vaxtlarda bu barədə konkret nəticə əldə olunacağına ümidlə yanaşdığını qeyd edib.

Bakı Şəhər İcra Hakimiyyəti kütləvi aksiyaların keçirilməsi üçün 11 yer ayırıb. Müxalifət isə həmin yerlərdə aksiya keçirilməsini mümkün saymır, başqa yerlərin ayrılmasını istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG