Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:08

Bakıda bir qrup sahibkar aclığa başlayıb (video)


ZQAN-ın qarşısında əlillərin aksiyası
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00
Direct-ə keçid
Avqustun 12-də bir qrup sahibkar ZQAN holdinqin binası qarşısında aclıq aksiyasına başlayıblar.

Onlar Metronun «28 May» stansiyası qarşısındakı yeraltı ticarət mərkəzində kösklərinin əllərindən alındığını və hələ də geri qaytarılmadığını deyirlər.

Sahibkar Qəzənfər Şabanov AzadlıqRadiosuna bildirib ki, şirkət ayın 12-də yerlərin qaytarılıb onlarla müqavilə bağlanacağını vəd eləsə də indi bunun mümkün olmadığını deyir.

Sahibkarlar hüquqları bərpa olunmayınca aksiyanın davam etdiriləcəyini deyirlər.

ZQAN-ın mühafizə xidmətindən Füzuli Qəhrəmanov isə AzadlıqRadiosunun əməkdaşına bildirib ki, sahibkarların problemləri həll ediləcək.
XS
SM
MD
LG