Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:25

ABŞ İraqda hərbi əməliyyatları avqustda başa çatdıra bilər


Birləşmiş Ştatlar İraqda apardığı hərbi əməliyyatları bu ayın sonunda başa çatdıra və bu ölkədən bütün qoşunlarını 2011-ci ilin sonuna kimi çıxara bilər.

ABŞ prezidenti Barak Obama belə deyib.

Avqustun 11-də Obama ABŞ Dövlət katibi Hillari Klinton, Müdafiə naziri Robert Qeyts, Milli Təhlükəsizlik məsləhətçisi Ceyms Cons və videokonfrans vasitəsilə ABŞ-ın İraqdakı komandanı Rey Odierno ilə müzakirələr aparıb.

Bu arada İraq ordusunun rəsmisi bildirib ki, milli təhlükəsizliyi təmin etmək üçün növbəti onillik ərzində ABŞ-ın dəstəyinə ehtiyacı olacaq. O, ordunun «2020-ci ildə tam hazır olacağını» deyib.
XS
SM
MD
LG