Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:58

Müsyo Jordan rolunu fransız aktyoru oynayacaq


Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli Şah cadükuni məşhur” komediyası yenidən, özü də fransız aktyorun iştirakı ilə tamaşaya qoyulacaq.

“İbrus” teatrından AzərTAc-a bildiriblər ki, hazırda bu istiqamətdə danışıqlar aparılır. Tamaşanın səhnələşdirilməsinin 2011-ci ilin sonunadək reallaşdırılması nəzərdə tutulur.

İndiyədək səhnələşdirilmiş tamaşalardan fərqli olaraq yeni quruluşda Azərbaycan və fransız dillərində oynanılacaq əsərdə Müsyö Jordan obrazını fransız Rişar Martin yaradacaq.

Tamaşada Müsyo Jordan rolunun iki ifaçısı olacaq. Çünki repertuar tamaşası olacağı üçün Rişar Martinin mütəmadi surətdə Bakıda qalması qeyri-mümkün olduğundan Müsyö Jordan rolunu həm də Azərbaycan aktyorlarından biri oynayacaq.

Bu rolu aktyorlarımızdan konkret kimin oynayacağı hələlik dəqiqləşdirilməyib. Hazırda bununla bağlı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının rəhbərliyi ilə danışıqlar aparılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG