Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:30

Obama Ramazan ayının başlanması münasibətilə müsəlmanları təbrik edib


ABŞ prezidenti Ramazan ayının başlanması münasibəti ilə dünya müsəlmanlarını təbrik edib.

Obamanın bəyanatında deyilir ki, Ramazan ayının mərasimləri birgə prinsipləri, İslamın ədalətin, tərəqqinin, tolerantlığın və ləyaqətin inkişafındakı rolunu xatırladır.

ABŞ Dövlət katibi də Ramazan ayının başlanması ilə bağlı təbrik bəyanatı verib.

Ramazan ayı avqustun 11-dən başlayıb, ayın görünməsindən asılı olaraq Ramazan bayramı sentyabrın 9-u və ya 10-na təsadüf edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG