Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:00

ABŞ İraqdakı əməliyyatları bu ayın sonu başa çatdırır


Birləşmiş Ştatlar İraqdakı hərbi əməliyyatlarını bu ayın sonuna qədər tamamlamağa hazırlaşır.

ABŞ prezidenti Barak Obama amerikalı hərbçilərin hərbi tapşırığı başa çatdırmasından və qoşunların 2011-ci ilin sonunda İraqdan çıxarılacağından məmnunluq ifadə edib.

Avqustun 11-də Obama ABŞ dövlət katibi Hillari Klinton, Müdafiə naziri Robert Qeyts və milli təhlükəsizlik məsələləri üzrə məsləhətçi Ceyms Consla görüşüb.

Müzakirələrə videokonfrans vasitəsilə İraqdakı ABŞ qüvvələrinin komandanı Rey Odierno da qoşulub. General Odierno İraqda vəziyyətin yaxşılaşdığını və İraq qoşunlarının milli təhlükəsizliyi tamamilə üzərlərinə götürməyə hazır olduğunu bildirib.
XS
SM
MD
LG