Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:18

«Qazprom» yaxınlığında partlayışı çeçen yaraqlısı törədib


«Qazprom»un Moskvadakı mərkəzi yaxınlığında partlayışı çeçen yaraqlısı Doku Umarov törədib.

Umarov kavkazcenter.com islam saytı ilə yaydığı bəyanatda 3 gün əvvəl baş verən kiçik partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Umarovun bəyanatda qeyd olunur ki, «Qazprom» yaxınlığındakı partlayış Kremlin çeçen yaraqlılarını məğlub etmək səylərinin uğursuz olduğunu göstərmək məqsədi daşıyıb.

Avqustun 9-da Rusiyanın ən böyük şirkəti – «Qazprom» yaxınlığında partlayış olub, xəsarət alan olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG