Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:04

Rusiyada məhbusların 90 faizdən çoxu xəstədir


Rusiya həbsxanalarındakı məhbusların 90 faizdən çoxu xəstədir, çoxunun vəziyyəti pisdir.

Bu barədə Rusiya baş prokurorluğunun yaydığı məlumatada deyilir.

Məhbusların çoxu vərəm, hepatit və HİV infeksiyasından əziyyət çəkir.

Məlumatda qeyd olunur ki, xəstə məhbusların əksəriyyəti maliyyə çatışmazlığına görə müalicəsiz qalır. Məhbusların yalnız 24 faizinə tibbi yardım göstərilir.

Bu günlərdə bir neçə xəstə məhbusun ölməsindən sonra Rusiya prezidenti Dmitri Medvedev həbsxanalarda araşdırma aparılmasına dair göstəriş vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG