Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:16

İranda həbsdə olan azərbaycanlı alim Bakıya gəlir


İranda həbsdə olan azərbaycanlı alim Rəşid Əliyev avqustun 11-i axşam saatlarından azadlığa buraxılıb.

Bu barədə AzadlıqRadiosuna Rəşid Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin sədri Soltanhəmid Məlikov məlumat verib:

«Bu gün sat 11-də Bakıda olmalıdır, biz onu aeroportda qarşılayacağıq. Həbsxanadan buraxıblar, təfərrüatlarını o qaydansan sonra biləcəyik».

Bakı Dövlət Universitetinin Fizika problemləri Elmi Tədqiqat İnstitutunun “Bioloji sistemlər fizikası” laboratoriyasının aparıcı elmi işçisi Rəşid Əliyev iki il əvvəl İranda həbs edilib.

Rəşid Əliyev İranın “Sazan Electronics İndustry Company” şirkətinin dəvəti ilə, Bakı Dövlət Universitetinin rəhbərliyinin razılığı əsasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Semnan şəhərinə gedib və 2 il adıçəkilən şirkətlə əməkdaşlıq edib.

Alim lazer texnologiyası ilə bağlı məlumatları və elektron sxemləri Azərbaycana göndərməkdə ittiham olunurdu.

İran məhkəməsinin qərarı ilə Rəşid Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
XS
SM
MD
LG