Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:41

Gürcüstan bir daha Rusiyanı fitnəkarlıqda ittiham edib


Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyanın Abxaziyada C-300 zenit raket kompleksi yerləşdirməsini ittiham edib.

Xarici işlər nazirinin müavini David Calaqoniya beynəlxalq aləmi bu məsələyə diqqət yetirməyə çağırıb və bunu çox təhlükəli, fitnəkar adım adlandırıb.

Müstəqilliyini elan eləmiş Abxaziya hökumətinin başçısı Sergey Şamba bildirib ki, bu sistem hərbi əməkdaşlıq sahəsində Moskvayla Suximi arasında əldə edilmiş razılaşma çərçivəsində yerləşdirilib.
XS
SM
MD
LG