Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:23

Qəbələ meşəsində yanğının qarşısı tam alınıb


Qəbələnin Bum kəndindəki dövlət meşə qoruğunda baş verən yanğının qarşısı tam alınıb.

APA-nın məlumatına görə, avqustun 11-də günorta saat 15:00 radələrində başlayan yanğın axşam saat 20:30-dək davam edib.

Nəticədə 0.25 hektar meşə sahəsi yanıb.

Məlumata görə dünən həmin ərazidə baş verən yanğın tam söndürülmədiyindən alov bu gün yenidən baş qaldırıb.

Dünənki yanğında isə 0.40 hektar sahə yanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG