Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:20

Bakıda qətlə yetirilənlərin kimliyi müəyyənləşdirilib


Bakının Yasamal rayonunda öldürülmüş şəxslərin kimliyi müəyyənləşib.

APA agentliyi Baş Prokurorluğa istinadla onlardan birinin 1982-ci il təvəllüdlü Qasımov Zamiq Qasım oğlu, digərinin isə Kuzmin Yadigar Eldar oğlu olduğunu xəbər verir.

Qətlə yetirilənlərin cinsi azlığın nümayəndələri olduqları bildirilir.

Bakı şəhər Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi qaldırılıb. Qeyd edək ki, hadisə bu gün Yasamal rayonu Hüseyn Cavid prospekti 546, mənzil 194 ünvanında qeydə alınıb.
XS
SM
MD
LG