Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:40

Yaraqlılar Pakistandakı vəziyyətdən faydalana bilərlər


BMT-nin Pakistana hümanitar yardım üzrə xüsusi elçisi Jan-Moris Riper xəbərdarlıq edib ki, yaraqlılar təbii fəlakt zonalarındakı vəziyyətdən siyasi və hərbi məqsədləri üçün istifadə edə bilərlər.

Təşkilatın Pakistan üzrə sözçüsü Maurisio Culiano isə bu gün İslamabadda jurnalistlərə aşıqlamasında bildirib ki, indi ölkə rəhbərliyi qarşısında duran başlıca vəzifə milyonlarla evsiz insanın yerləşdirilməsi, sığınacaq məsələsidir.

Pakistanda baş vermiş daşqınlarda 1600-dən çox adam ölüb,təxminən 14 milyon insana ziyan dəyib.

Birləşmiş Ştatlar ölkəyə yardımı artıraraq, təxminən 55 milyon dollara çatdırıb.

Talibançılar Pakistan hökumətini xarici yardımlardan imtina etməyə çağırıb və hökumətə 20 milyon dollar yardım vəd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG