Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:42

Bakı-Şamaxı yolunun başına nə gəlir?


Prezident İlham Əliyev bu yolu keçən il noyabrın 26-da açmışdı

Prezident İlham Əliyev bu yolu keçən il noyabrın 26-da açmışdı

110 kilometrlik Bakı-Şamaxı yolu 5-6 ay əvvəl tam təmir olunaraq istifadəyə verilib. Yol ikizolaqlıdır. Amma yol istifadəyə veriləndən sonra Azərbaycan hökumətinin təmsilçilərinin yadına düşüb ki, yol əslində dördzolaqlı olsa daha yaxşı olarmış. Ona görə yolu təzədən dördzolaqlı etmək üçün 356 milyon dollar dəyəri olan bir layihə hazırlayıb, beynəlxalq maliyyə qurumlarından kredit götürməyi planlaşdırır.

Bugünlərdə Dünya Bankının həmin yolun yenidənqurulmasına 241 milyon dollar verilməsinə dair Nəqliyyat Nazirliyi ilə Bank arasında saziş imzalanmalıdır.

Hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili, parlamentin İqtisadi Siyasət Komitəsinin üzvü Nazim Məmmədov deyir ki, bunun izahı elə vətəndaşların rahatlığının təmin edilməsi ilə bağlıdır:

- Mən xarici ölkələrdə də müşahidə edirəm, gediş-gəlişi tam dayandırmamaq üçün əvvəlcə yolun iki zolağı tikilir, sonra orada hərəkət davam edə-edə o biri zolaqlar çəkilir.

Nazim Məmmədov - millət vəkili

Yəqin ki, Bakı-Şamaxı yolunun dördzolaqlı edilməsi də bu plan əsasında aparılır. Yoxsa, elə düşünməməliyik ki, təzə tikilən yolu söküb yerində yenisini çəkəcəklər.

Amma deputat etiraf edir ki, ümumiyyətlə ölkədə yeni yolların salınması və köhnələrin təmir edilməsində hansısa mənimsəmələrin olmadığını hökm kimi demək doğru deyil:

- Yolun layihələndirilməsindən, texniki əsaslandırılmasından tutmuş onun sifarişçiyə təhvil verilməsinə qədər xeyli qurumlar, xeyli adamlar iştirak edir. Burda subyektiv amillər olması heç də gizli deyil. Ola bilər, tender keçirilən zaman hansısa qanun pozuntusuna yol verilir, yaxud podratçı şirkət daha çox vəsait əldə etmək üçün mənfəətini gizlədir və yolu keyfiyyətsiz çəkir, lazım olan komunikassiyaların hamısını quraşdırmır. Bu məsələlər olmamış deyil.

Deputat özünün seçildiyi ərazidə də yeni çəkilən yolun az qala yarısının az keçməmiş dağıldığını deyir.

Hakim partiyanın təmsilçisi olan deputat Nazim Məmmədovun yolların çəkilməsində korrupsiya mövzusunda müsahibəni burada dinləyin:

Şərhləri göstər

XS
SM
MD
LG