Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:48

Bakıda öldürülmüş 2 nəfərdən birinin kimliyi müəyyənləşdirilib


Bakının Yasamal rayonunda qətlə yetirilmiş iki nəfərdən birinin şəxsiyyəti müəyyənləşdirilib.

APA-nın məlumatına görə, araşdırma nəticəsində onlardan birinin 1982-ci il təvəllüdlü Qasımov Zamiq Qasım oğlu olduğu bildirilir.

Qətlə yetrilmiş digər şəxsin kimliyi isə hələlik bəlli deyil.

Hadisə avqustun 11-də Yasamal rayonu Hüseyn Cavid prospekti 546, mənzil 194 ünvanında qeydə alınıb.

Bakı şəhər Baş Polis İdarəsi, Bakı şəhər Prokurorluğu və Yasamal rayon Polis İdarəsinin əməkdaşları qətlin səbəbi və kimlər tərəfindən törədilməsini araşdırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG