Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:47

«Mollaları attestasiyadan keçirmək absurd məsələdir»


Tarixçi-alim Altay Göyüşov
Tarixçi-alim Altay Göyüşov
«Azərbaycanda mollaları attestasiyadan keçirmək absurd məsələdir». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında tarixçi-alim Altay Göyüşov deyib. Altay Göyüşov deyib ki, bu məsələdə bir çox qaranlıq məqamlar var.

«Azərbaycanda mollaları attestasiyadan keçirmək absurd məsələdir Birinci, mollaların savadını yoxlamaq. Belə çıxır ki, Azərbaycanda duaları bilməyən mollalar da var. İkinci bunu həyata keçirmək ilahiyyatşünas yetişdirən ali məktəbləri şübhə altına salmaqdır. Əsas məsələlərdən biri həmin o attestasiyanı kim keçirəcək? Bu, mənim üçün qaranlıq məsələdir. Bunun arxasında duran motiv nədən ibarətdir?»

Qafqaz Müsəlmanları İdarəsinin rəsmisi Hacı Fuad Nurulla isə deyib ki, jurnalistlər Hacı Allahşükür Paşazadənin attestasiya ilə bağlı dediklərini düzgün başa düşməyiblər. Onun sözlərinə görə, attestasiya hər il keçirilir. Hacı Allahşükür Paşazadə də bu ildə attestasiyanın keçirilməsinə işarə edib. O ki qaldı attestasiyanın keçirilməsi ilə bağlı məsələlərə, Hacı Fuad Nurulla bildirib ki, bunda məqsəd insanları bir mərkəzə toplamaqdır.

«Attestasiya niyə qoyulub ortaya? Bu sırf İslam Universitetini bitirən məzunlar üçün nəzərdə tutulmayıb. Amma onlar da cəlb edilir. Çalışılır ki, bunlar bir mərkəzə cəlb olunsun pərakəndə olmasın. Və bu gün bölgələrdə fəaliyyət göstərən insanların nə dərəcədə savadlı olması ortaya çıxarılsın».

XS
SM
MD
LG