Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:11

Rusiya sərhədçiləri Azərbaycan gəmisini saxlayıb


Xəzər dənizində Azərbaycana məxsus balıqçı gəmisi saxlanılıb. «İTAR-TASS»ın məlumatına görə, avqustun 10-da Rusiya sərhədçiləri 8 nəfər Azərbaycan vətəndaşının olduğu «Xəzər» balıqçı gəmisini saxlayıblar. Araşdırma zamanı gəmidə ümumi çəkisi iki ton olan 80 ədəd nərə balığı və səkkiz kiloqram nərə kürüsü aşkarlanıb.

Araşdırma aparılması üçün gəmi Mahaçqalaya aparılıb.

Xəzər Dəniz Gəmiçiliyi İdarəsində Rusiya sərhədçilərinin saxladığı balıqçı gəmisinin idarəyə hər hansı bir aidiyyatı olmadığını bildirblər. Qurumun mətbuat xidmətinin rəhbəri Vüqar Mirsadiq deyib ki, Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin ümumiyyətlə balıqçı gəmiləri yoxdur. Onun sözlərinə görə, Xəzər dənizində balıq ovu ilə məşğul olan gəmilərin hamısı müxtəlif özəl qurumlara məxsusdur.
XS
SM
MD
LG