Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:05

Taliban hökumətə 20 milyon dollar təklif edir



Taliban Pakistan hökumətini Qərb dövlətlərinin daşqınlarla bağlı yardımından imtina etməyə cağırıb.
Talibanın sözçüsü Azam Tariq deyir ki, döyüşçülər Amerika və digər xarici ölkələrin yardımını rədd edir və fikirləşirlər ki, bu, ölkəni asılı vəziyyətə gətirir.
O bildirir ki, Taliban daşqınların yaratdığı problemləri aradan qaldırmaq üçün hökumətə 20 milyon dollar verə bilər.
Daşqınlar nəticəsində Pakistanda 1600 adam ölüb, 14 milyon adam zərər çəkib. Bu, Pakistan əhalisinin 8 faizidir. Birləşmiş Ştatlar zərəri qiymətləndirib ki, yardım 20 milyondan 55 milyon dollara qədər arta bilər.
BMT isə bir neçə yüz milyon dollarlıq beynəlxalq yardıma ehtiyac ola biləcəyini istisna eləmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG