Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:34

İstanbulda türkdilli dövlətlərin sammiti keçiriləcək


Sentyabrın 15-16-da İstanbulda türkdilli dövlətlərin liderlərinin sammiti keçiriləcək. Bu barədə Trend-ə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Ötən həftə Türkiyənin Bodrum şəhərində türkdilli ölkələrin XİN rəhbərləri Türk Dünyasının daimi katiblik şurasının yaradılacağına ümid edərək, İstanbulda keçiriləcək sammiti müzakirə ediblər. Xəbəri "Anadolu" agentliyi yayıb.

Son sammit 2009-cu il oktyabrın 2-3-də Naxçıvanda keçirilib.
İlk dəfə 1992-ci ildə Ankarada keçirilən sammitin daimi iştirakçıları Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistan liderləridir.
XS
SM
MD
LG