Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:19

Ermənistan uzaq mənzilli, yüksək dəqiqlikli silahlar alır


Ermənistanın Müdafiə naziri Seyran Ohanyan bildirib ki, onun hökuməti uzaq mənzilli, yüksək dəqiqlikli silahlar əldə etməyi planlaşdırır.

Ohanyan bu barədə avqustun 10-da milli təhlükəsizlik komissiyasının iclasından sonra məlumat verib. Onun bildirdiyinə görə həmin toplantıda ordunun müasirləşdirilməsi üçün iki proqram da qəbul edilib. Proqramlarda ordunun silahlarla təchizatının yaxşılaşdırılması və yerli müdafiə sənayesinin inkişaf etdirilməsi nəzərdə tutulur.

Ohanyan deyib ki, onlar müasir silahları alıb onların hissələrinin yerli istehsalını təşkil etmək istəyirlər: “Əsasən də münaqişə zamanı düşmən tərəfdə mülki şəxslər arasında itkilərin azaldılmasına imkan verən uzaq mənzilli, yüksək dəqiqlikli silahların alınmasına diqqət yetirilir.”

Hələlik Yerevanın yaxınlarda imzalanması gözlənən Rusiya-Ermənistan hərbi razılaşması çərçivəsində hansı silahlar alacağı məlum deyil. Bu razılaşma ilə Rusiya ordusunun Ermənistanda hərbi bazalar saxlamasına dair 1995-ci ildə imzalanmış müqavilənin şərtlərini dəyişəcəyi gözlənir.

Moskva və Yerevandakı ekspertlər deyirlər ki, yeni razılaşmada Moskvanın Ermənistana daha müasir silahlar və texnologiya verməsi barədə öhdəliklər olacaq.

Ohanyan Azərbaycanın Rusiyadan S-300 hava hücumundan müdafiə sistemləri alacağı barədə məlumatları da eşitdiklərini, amma hələlik bunu təsdiq edəcək bilgilərə sahib olmadıqlarını deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG