Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:53

Keçmiş baş prokurorun oğlu rüşvət ittihamı ilə tutulub


Tacikistanın keçmiş Baş prokurorunun oğlu Faizullo Boboxonov rüşvət almaq ittihamları ilə həbs edilib. Onu bir neçə həftə əvvəl tutublar, amma bu barədə məlumat yalnız avqustun 10-da elan edilib.

Rəsmi məlumata görə Boboxonovun əmlakı, evləri və maşınları da müsadirə edilib.

Tacikistanın anti-korrupsiya agentliyi onu 2000 dollar rüşvət alarkən tutuduğunu bildirib.

Boboxonovun atası Bobocon on ilə yaxın ölkənin Baş prokuroru olub. O, bu ilin yanvarında vəzifəsindən azad edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG