Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:53

Səudiyyə Ərəbistanı tikintiyə 385 milyard dollar xərcləyəcək


Səudiyyə Ərəbistanı qarşıdakı beş ildə məktəblərin, xəstəxanaların, evlər və başqa binaların tikintisinə 385 milyard dollar xərclənməsi barədə plan qəbul edib. Bir gün əvvəl Nazirlər Şurasının təsdiq etdiyi planı İqtisadiyyat və Planlaşdırma naziri avqustun 10-da elan edib.

Səudiyyə Ərəbistanın 86 yaşlı Kralı Abdulla ölkədə işsizliyin və əhalinin sayının artmasına görə iş yerləri yaratmağa, evlər tikməyə çağırılırdı.

Hazırda bu ölkədə əhalinin hər üç nəfərindən ikisinin yaşı 30-dan aşağıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG