Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:49

Qroznıda küçələrdən biri Heydər Əliyevin adını daşıyacaq


Çeçenistan paytaxtı Qroznıda küçələrdən birinə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin adı verilib. Bu barədə Çeçenistan prezidentinin mətbuat xidmətindən məlumat veriblər.

Çeçenistan prezidenti Ramzan Kadırov bildirib ki, uzun illər Heydər Əliyevlə onun atası, Çeçenistanən əvvəlki prezidenti Əhməd-Hacı Kadırov arasında yaxın münasibətlər olub.

Ramzan Kadırov keçən il noyabrın 6-da Bakıda səfərdə olmuşdu. Həmin səfər zamanı prezident İlham Əliyev Bakının Çeçenistanın iqtisadi inkişafına kömək etməyə hazır olduğunu bildirmişdi.

Kadırov da demişdi ki, , Azərbaycan iqtisadi köməyi ölkəsində minlərlə iş yerlərinin açılmasına təkan verəcək.
XS
SM
MD
LG