Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:36

Pentaqondakı ixtisarlar ABŞ-ın gücünə necə təsir edəcək?


Robert Qeyts Əfqanıstanda
Robert Qeyts Əfqanıstanda
ABŞ-ın müdafiə naziri Robert Qeyts iki müharibənin - İraq və Əfqanıstan müharbələrinin reallıqlarını və həddən artıq artmış dövlət borcunu nəzərə alaraq
Müdafiə Nazirliyində böyük ixtisarlar aparılacağını elan edib.

Pentaqonda keçirilən mətbuat konfransında Qeyts bildirib ki, ixtisar nəticəsində qənaət ediləcək vəsaitə Müdafiə Nazirliyinin başqa sahələrində ehtiyac var.

100 MİLYARD DOLLAR QƏNAƏT

Bu ixtisar planı Robert Qeytsin ölkənini hərbi büdcəsinə 100 milyard dollar qənaət etmək vədini həyata keçirmək sahəsində ilk addımdır:

«May ayında mən Pentaqona müraciət edərək nazirliyin şəxsi heyətini, təşkilat strukturunu və necə fəaliyyət gösətrməsini nəzərdən keçirməyi xahiş etmişdim. Belə qənaətə gəldim ki, bizm qərargahlarımız və silahlı qüvvələrə xidmət edən bürokratlar həddindən artıq artıb. Bu özünü son 10 il ərzində Müdafiə Nazirliyinin xərclərinin və şəxsi heyətinin xeyli artmasında özünü göstərib».

REAL TƏLƏBAT AYRI, İŞTAH AYRI

Qeyts deyib ki, Müdafiə Nazirliyi real tələbatla öz iştahını bir-birindən ayırmalıdır.

ABŞ-ın illik hərbi büdcəsi 700 milyard dollar təşkil edir. Bura İraq və Əfqanıstan müharibələri ilə bağlı ayrılan vəsaitlər də
ABŞ hərbçiləri Əfqanıstanda, 27 iyul 2010
daxildir.

İxtisar planı böyük bir hərbi komandanlığın və bir hərbi bazanın bağlanmasını, ölkədən kənar müqavilə əsasında xidmət edənlərin azaldılmasını və Silahlı Qüvvələrin bütün qanadlarındakı ali rütbəli zabitlərin - general və admiralların ixtisarını nəzərdə tutur.

«Müharibələrlə bağlı nazirlik bir sıra yeni missiyalar və vəzifələr üzərinə götürüb. Bunun nəticəsində çoxlu yeni yüksək rütbəli hərbi və mülki vəzifələr yaradılıb. Lakin indiki vəziyyətdə yüksək rütbəli zabitlərin gördüyü müəyyən işləri aşağı rütbəli personal da həyata keçirə bilər».

2800 NƏFƏRLİK İŞ YERİ BAĞLANIR

Planda nəzərdə tutulan ən böyük ixtisar ABŞ-ın Şəqində, Vircinya ştatının liman şəhəri olan Norfolk şəhərindəki Birləşmiş Qüvvələr Komandanlığının ləğvidir. Bu hərbi bazada 2800 hərbi və mülki şəxs işləyir. Bazaya 300 podratçı xidmət göstərir.

Norfork Hərbi Bazasının fəaliyyəti hər il 250 milyon dollara başa gəlir.

Müdafiə naziri bildirir ki, bu Hərbi Bazanın vəzifəsi başqa quruma veriləcək.

Robert Qeytsi müdafiə naziri postuna respublikaçı Buş təyin edib. Ancaq demokrat Omaba da onu bu vəzifədə saxlayıb. Konqresdə də Robert Qeyts hər iki partiyanın dəstəyinə malikdir. Konqresin əsas komitələrinin rəhbərləri ona etimad göstərirlər. Lakin indi onun bu çoxlu vəzifələri ləğv etmək qərarı amerikalıların çoxuna təsir göstərəcək.
İxtisar planına Konqresin reaksiyası tez olub
Onlar bu təsiri ciblərində hiss edəcəklər.

QEYTSİ ANCAQ OBAMA DƏSTƏKLƏYİR

İxtisar planına Konqresin reaksiyası tez olub. Bu plandan ştatlarının zərər görəcəklərini düşünənlər bildiriblər ki, Robert Qeytsin bu təklifini Konqresdə çox qızğın müzakirələr gözləyir.

Respublikaçı konqresmen, Konqresin silahlı qüvvələr komitəsinin üzvü Hovard Makkeon deyib ki, nazir komitə üzvlərini bu planın ölkənin müdafiə qabiliyyətini zəiflətməyəcəyinə inandırmalı olacaq.

Demokrat senator Mark Varner nazirin konkret olaraq birləşmiş hərbi qüvvələr komandanlığını ləğv etmək qərarına qarşı çıxış edib. Bu komandanlıq onun təmsil etdiyi ştatda, Virciniyada yerləşir. Varner deyib ki, bu qərar ağlabatan deyil.

Ancaq bir siyasətçi Robert Qeytsə dəstəyini bildirib. Müdafiə nazirinə dəstək verən şəxs president Barak Obamadır.
XS
SM
MD
LG