Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:33

Azərbaycan Pakistana bir milyon dollar yardım verir


Azərbaycan Pakistanda təbii fəlakətdən zərər çəkənlərə bir milyon dollar yardım göndərəcək. Bu barədə AzTv telekanalı Xarici İşlər Nazirliyinə istinadla məlumat verib.

Bu gün Pakistanın mərkəzində 250 min adam sel təhlükəsinə görə evlərini tərk etməyə başlayıb. Hökumət Punjab əyalətinin Muzaffargarh şəhərində məscidlərdən səsgücləndiricilərlə adamlara xəbərdarlıq edib ki, şəhərdən gedən çayın daşma təhlükəsi var, ona görə əhali yüksək yerlərə və ya başqa şəhərə getsin.

BMT-nin yardım agentliyi son iki həftədə davam etmiş sel fəlakətindən 14 milyon insanın ziyan çəkdiyini bildirib. Rəsmilər 1500-dən çox adamın həlak olduğunu deyirlər.
XS
SM
MD
LG