Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:28

İran dollar və avronu haram elan etdi


İran mediasının məlumatına görə Tehran ixrac mallarının dollar, ya da avro ilə satılmasını dayandıracaq. İran BMT-nin yeni sanksiyalarına bu üsulla cavab verir.
İranın vitse-prezidenti Məhmməd Rza Rahimi dollar və avronun haram olduğunu elan edib.

Rahimi bildirib ki, İran Avropa Birliyi ölkələrindən məhsul alınmasını da məhdudlaşdıracaq. Amma o, avro və dollara bu qadağaların nə zamandan qüvvəyə minəcəyini deməyib.

BMT Təhlükəsizlik Şurası iyul ayında mübahisəli nüvə proqramına görə İrana qarşı dördüncü qadağalarını qəbul edib. Qərb narahtdır ki, Tehran bu proqramla nüvə silahı düzəltmək istəyir. İran isə nüvə proqramının yalnız dinc məqsədli olduğunu deyir.
XS
SM
MD
LG