Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:36

Çində torpaq sürüşməsindən həlak olanların sayı 700 nəfərə çatıb


Çinin şimal-şərqində avqustun 7-də baş vermiş torpaq sürüşməsində ölənlərin sayı 700 nəfərə çatıb. Gansu vilayətində baş vermiş təbii fəlakətdə min nəfərə qədər adam da hələ itkin sayılır.

Bu əaylətdə çalışan səhiyyə rəsmilərindən biri basdırılmamaış cəsədlərdən yayıla biləcək yoluxucu xəstəliklərlə bağlı ciddi təhlükə olduğunu deyir:

- Burda nəmişlikdir. Olduqca çox adam həlak olub. İnsanların, ölən heyvanların cəsədləri cürüməyə başlayır. Zibilliklər, tualetlər, donuz, mal-qara peyini bir-birinə qarışıb. Hava da istidir deyə cəsədlər tez cürüyür. Ehtiyat tədbirləri görülməsə, tezliklə yoluxucu xəstəliklər yayıla bilər.

Son həftələr Çinin başqa əyalətlərində də sel fəlakəti yaşanır. Bazar günü isə güclü yağışdan sonra Gansu əyalətində ən azı üç kəndi əhatə edən torpaq sürüşməsi baş verib.
XS
SM
MD
LG