Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:24

ADNA işində ittiham olunanlara hökm oxunub


Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə ötən il Neft Akademiyasında törədilmiş kütləvi qətl hadisəsi ilə bağlı məhkəmə prosesində hökm oxunub.

Təqsirləndirilənlər - Nadir Əliyev, Cavidan Əmirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov 11 il azadlıqdan məhrum ediliblər.

Onlar Neft Akademiyasındakı qətli törədən Fərda Qədirovla əlbir olmaqda ittiham olunublar. Müttəhimlər özlərini təqsirli bilməyiblər, əsl cinayətkarların həbs olunmadığını deyiblər. Onlar istintaq dövründə onlara ağır işgəncələr verildiyini də bildirblər.

Ötən il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov Neft Akademiyasının 12 müəllim və tələbəsini güllələyəndən sonra özünü öldürmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG