Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:22

Ramiz Mehdiyev növbəti keçid dövründən danışır


Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev

Moskvada çıxan, təsisçisi və naşiri «Rodina» jurnalı olan «Vestnik aktualnıx proqnozov. Rossiya: tretye tısyaçeletiye» jurnalının 23-cü nömrəsində Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin «Azərbaycanın kursu: sabitləşmədən modernləşməyə doğru» adlı məqaləsi dərc edilib. Məqalədə Azərbaycan dövlətinin təşəkkülü və inkişafı təhlil edilib.

AZƏRBAYCAN XXI ƏSRƏ HEYDƏR ƏLİYEVİN SAYƏSİNDƏ QƏDƏM QOYUB

«Azərbaycan bu yolda keçid dövrünün mürəkkəb şəraitində siyasi, iqtisadi və sosial böhranları dəf etməli olmuşdur. Vəziyyəti mürəkkəbləşdirən bir amil də ondan ibarət idi ki, Azərbaycan özünün iradəsindən asılı olmayaraq, qonşu Ermənistanla silahlı münaqişəyə cəlb edilmişdir. Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı özünün daimi yaşayış yerlərindən zorla qovulmuş və ya həmin yerləri tərk etməyə məcbur olmuşdur. Azərbaycan yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin hərtərəfli düşünülmüş və uzaqgörən siyasəti sayəsində, XXI əsrə siyasi və iqtisadi cəhətdən sabit dövlət kimi qədəm qoya bilmişdir».

Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üzrə nəzərdə tutulan proqramların uğurla həyata keçirilməsinin ən etibarlı qarantı Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Dmitri Medvedev arasında mövcud olan, qarşılıqlı etimada əsaslanan xalis insani münasibətlərdir
Ramiz Mehdiyev məqaləsində qeyd edir ki, dünyanı bürüyən böhrandan Azərbaycan şərəflə çıxıb:

ÜMUMDAXİLİ MƏHSUL, SABİT VƏ DAVAMLI İQTİSADİYYAT...


«Enerjidaşıyıcılarının qiymətinin kəskin azalmasına baxmayaraq, Azərbaycan büdcə kəsirini aşağı səviyyədə, dövlətin xarici borcunu tənzimlənən səviyyədə saxlamaq, milli valyutanın sabitliyini və valyuta ehtiyatlarının qorunmasını təmin etmək sahəsində özünün əsas vəzifələrini yerinə yetirmişdir. Dövlət xərclərinə münasibətdə məqsədyönlü və mühafizəkar siyasət, böhrana qarşı vaxtında görülmüş tədbirlər sayəsində, ölkəmiz beynəlxalq maliyyə təsisatlarının kreditlərini cəlb etmək zərurətindən xilas olmuş, bu isə milli iqtisadiyyatın sabit və davamlı olmasını bir daha təsdiqləmişdir.

Beləliklə, Azərbaycan iqtisadiyyatında keçid dövrü başa çatmışdır: ölkədə onun öz resurslarına əsaslanan liberal, müstəqil, davamlı iqtisadiyyat qurulmuşdur.

İCTİMAİ ŞÜUR DEMOKRATİKLƏŞƏCƏK

Modernləşmənin iqtisadi bazisini formalaşdıran Azərbaycan suveren dövlət kimi, artıq yeni tarixi və iqtisadi şəraitdə iqtisadiyyatın inkişafı problemlərini həll edir, prinsipial baxımdan yeni olan, iqtisadi sərbəstliyə, dünya təsərrüfatı sisteminə inteqrasiya etməyə yönəlmiş iqtisadiyyat qurur. Biz belə güman edirik ki, bu, ictimai şüurun daha da demokratikləşməsinə gətirib çıxaracaq, vətəndaş cəmiyyətinin bazisinin təşəkkülü mərhələsini başa çatdırmağa, «azad vətəndaş - güclü dövlət» konseptinin şüurlu şəkildə başa düşülməsinə şərait yaradacaq».

GƏNCLƏRİN İNTELLEKTUAL SƏVİYYƏSİNİ ARTIRMAQ ZƏRURUİDİR

Ramiz Mehdiyevin fikrincə, Azərbaycan dövlətçiliyinin davamlı və sabit inkişafının əsas amili kimi, təhsilin və elmin səviyyəsini, gənclərin intellektual səviyyəsini daim artırmaq zəruridir.

«2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı da bu mühüm vəzifənin yerinə yetirilməsinə xidmət edir. Həmin proqram çərçivəsində Dövlət Neft Fondunun vəsaitləri hesabına, təqribən, 5000 nəfərin xaricdə təhsil alması nəzərdə tutulur».

AZƏRBAYCAN-RUSİYA ƏMƏKDAŞLIĞININ CƏNUBİ QAFQAZA ƏLVERİŞLİ TƏSİRİ

Akademik Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi probleminə toxunaraq qeyd edir ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın vasitəçilik səyləri, Rusiya Prezidenti D.Medvedevin danışıqlar prosesində şəxsən iştirak etməsi Azərbaycanda yüksək qiymətləndirilir.

Məqalədə deyilir ki, iki dövlət arasında hərbi və hərbi-texniki əməkdaşlıq inkişaf edir, iqtisadi sahədə olduğu kimi, qarşılıqlı faydalı əməkdaşlıq da Azərbaycan-Rusiya münasibətlərinin mühüm tərkib hissələrindən biridir.

UĞUR DÜSTURU: İLHAM ƏLİYEV+DMİTRİ MEDVEDYEV

Prezident Administrasiyasının rəhbərinin fikrincə, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üzrə nəzərdə tutulan proqramların uğurla həyata keçirilməsinin ən etibarlı qarantı isə Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Dmitri Medvedev arasında mövcud olan, qarşılıqlı etimada əsaslanan xalis insani münasibətlərdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG