Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:06

ABŞ ordusunda ixtisarlar planı elan olunub


ABŞ-ın müdafiə naziri Robert Qeyts silahlı qüvvələrin saxlanması və modernləşdirilməsi xərclərini azaltmaq məqsədi ilə ordunun yüksək rəhbərliyində ixtisarlar aparmaq planını elan edib.

Plana azı 50 generalın və admiralın vəzifəsinin ləğvi, müqavilə əsasında işləyən hərbçilərin sayının azaldılması daxildir.

Robert Qeyts bildirib ki, o, hər il 10 faiz olmaqla növbəti 3 il ərzində orduda müqavilə ilə xidmət göstərən hərbi qulluqçuları da ixtisar edəcək.

Müdafiə naziri onu da deyib ki, bütün bu ixtisarlar 2000-ci ildən durmadan artan yüksək hərbi və mülki vəzifələrin yalnız 50 faizidir.

2001-ci ildən bu yana ABŞ-ın hərbi büdcəsi iki dəfə artaraq 700 milyard dollara çatıb.

XS
SM
MD
LG