Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:30

Qırğızıstan ölkənin cənubunda fövqəladə vəziyyət rejimini ləğv edir


Qırğızıstan hökuməti son iki ayda ölkənin cənub rayonlarında qüvvədə olan fövqəladə vəziyyət rejimini ləğv edir. Prezident Administrasiyasının sözçüsü bildirib ki, Oş və Cala-Abad şəhərlərini də əhatə edən bu qərar avqustun 10-dan qüvvəyə minəcək.

Fövqəladə vəziyyət bu il iyunun 10-da tətbiq edilmişdi. O zaman Oş və Calal-Abad şəhərlərində qırğızlarla özbəklər arasında qarşıdurma yaranmış, rəsmilər 365 nəfərin həlak olduğunu bildirmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG