Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:07

İki il əvvəlki Gürcüstan-Rusiya böhranı...


Rusiyanın beynəlxalq ictimaiyyətin gözü qarşısında Cənubi Osetiyanı və Abxaziyanı işğal etməsi yolverilməzdir

Rusiyanın beynəlxalq ictimaiyyətin gözü qarşısında Cənubi Osetiyanı və Abxaziyanı işğal etməsi yolverilməzdir

İki il əvvəl gecə Gürcüstan televiziyası əsgərlərin Rusiya meylli Cənubi Osetiyanın paytaxtı Sxinvaliyə hücum etməsini xəbər verdilər.

Tbilisi rəsmiləri bildirdilər ki, bu hücum ərazi bütövlüyünü bərpa edir və onlar şəhəri götürüblər. Amma cavabında Rusiya Gürcüstan hərbçilərini əzdi və onları ölkənin dərinliyinə doğru itələdi.

Rusiya ilə 5 günlük münaqişə sonrakı günlərdə Gürcüstanın müttəfiqi ABŞ-la əlaqələrə də sirayət elədi. Bu, Rusya ilə Qərbin əlaqələrinə Soyuq Müharibənin sonundan bəri görünməmiş səviyyədə təsir göstərdi.

RUSİYANIN QƏRARI DÜZGÜN İDİ

Avqustun 8-də Rusiya prezidenti Dmitri Medvedev münaqişədən bəri birinci dəfə Rusiya meylli ikinci separat region Abxaziyaya gəlib. O deyib ki, Gürcüstandan ayrılmış iki regionun müstəqilliyini ona görə tanıyıblar ki, qarşı tərəf yerli əhalinin kökünü kəsmək istəyirdi:

«Rusiyanın bu münaqişədə hərbi tərəfdaş kimi çıxış etməsi üçün qərar vermək asan deyildi, amma bu, düzgün qərar idi».

Moskva bildirir ki, bu addım Gürcüstanın bu iki regiona qarşı soyqırımının qarşısını almaq üçün atılmışdı. Gürcüstan isə Rusiyanı onun əyalətlərini qəsd etməkdə günahlandırır.

Münaqişə Gürcüstan iqtisadiyyatına ağır zərbə endirdi, o, Amerka maliyyə yardımının sayəsində indi-indi dirçəlir. Amma iki əvvəlki Rusİya basqını yaddaşlardan
Dmitri Medvedev münaqişədən bəri birinci dəfə Abxaziyaya gəlib
silinməyib.

«KƏDƏRLİDİR Kİ, 21-Cİ ƏSRDƏ BELƏ ŞEYLƏR BAŞ VERİR»

Bu, Rusiya hərbçilərinin işğalıyla üzləşmiş Qori şəhəridir, minlərlə adam mərkəzi meydana yığışıb ki, həmin müharibədə həlak olmuş adamların xatirəsinə 5 min şam yandırsın.

Şəhər sakini Lali Tsitsaqi deyir ki, bu, Gürcüstan üçün çox emosionaldır:

«Mən evdə otura bilmədim. Mən bura gəldim ki, müharibədə həlak olan qəhrəmanlara öz borcumu ödəyim. Bu çox çətindir, ağrılıdır, kədərlidir ki, 21-ci əsrdə belə şeylər baş verir».

On minlərlə gürcü münaqişə nəticəsində köçkün düşüb.

Rusiya qüvvələri Cənubi Osetiyada və Abxaziyada qalır.

Rusiya Sxinvalidə dağıdılmış binaların yerinə yenilərini ucaltdığı barədə danışır. Amma Sxinvalidə ailəsiylə çadırda yaşayan sakin Qriqori Dzasokhov deyir ki, heç nə bərpa edilmir:

«Bərpa üçün ayrılmış pullar ələkdən keçən su, ya qum dənəsi kimi yoxa çıxır».

CƏNUBİ OSETİYANIN 99% BÜDCƏSİ RUSİYADANDIR


Minlərlə adam mərkəzi meydana yığışıb ki, həmin müharibədə həlak olmuş adamların xatirəsinə 5 min şam yandırsın
Cənubi Osetiya ilə Abxaziyanı Rusiyadan başqa yalnız üç ölkə - Nikaraqua, Venesuela və kiçik ada dövlət Nauri tanıyıb. Tənqidçilər deyrilər ki, hər iki regionun müstəqilliyi Moskvanın məqsədlərindən asılıdır. Rusiya höküməti Cənubi Osetiyanın büdcəsinin 99 faizini təchiz edir.

Baxmayaq ki, basqından sonra Rusiya ilə münasibətlərində çatlar yaranmışdı, Birləşmiş Ştatlar və Avropa Birliyi bu dövlətlə münasibətlərinin bərpasını axtarır.

RUSİYA – CƏNUBİ QAFQAZIN TƏHLÜKƏSİ

Hərbi ekspert İrakli Aladaşvili AzadlıqRadiosunun Gürcü xidmətinə bildirib ki, Rusiyanın beynəlxalq ictimaiyyətin gözü qarşısında Cənubi Osetiyanı və Abxaziyanı işğal etməsi yolverilməzdir:

«Rusiya hərbisi günbəgün güclənir və təkcə Gürcüstan yox, Cənubi Qafqaz üçün də təhkükəli vəziyyət yaranır. Təkcə onlar üçün yox, həm də sovet dövründə olduğu kimi NATO-nun, onun üzvü Türkiyənin Qara Dənizdə maraqlarına təhlükə yaranır».

Amma Aladaşvili əlavə edir ki, Gürcüstan heç də indi ayrılmış iki regionu geri qaytarmaq mövqeyində deyil.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG