Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:38

Aktrisa Mia Farrow da Çarlz Teylora qarşı ifadə verib


Aktrisa Mia Farrow müharibə və insanlıq əleyhinə cinayətlərdə ittiham edilən Liberiya diktatoru Çarlz Teylora qarşı ifadə verib.

Haaqa məhkəməsi onu Teylorun Britaniya supermodeli Naomi Kempbelə brilyant verməsi ilə bağlı dindirib. Aktrisa məhkəmədə deyib ki, 1997-ci ildə Kempbel Liberiya liderinin ona böyük bir brilyant verdiyini deyib. Amma Kempbel keçən həftə ifadəsində balaca dalşlar aldığını, onların brilyant olduğunu və Teylorun göndərdiyini isə sonradan bildiyini demişdi.

Kempbelin buna şahid kimi də aktrisa Mia Farrow və keçmiş agenti Karole White-ın adını çəkmişdi. Bundan sonra onların hər ikisi məhkəməyə çağırılıb.

Prokurlrar iddia edirlər ki, Çarlz Teylor prezident olduğu dövrdə Syera Leonedə yaraqlılardan brliyant alaraq onlara silah satırmış. Bu silah da 1992-2002-ci illərin vətəndaş müharibəsi zamanı minlərlə adamın qətlə yetirilməsində istifadə edilib.

62 yaşlı Teylor onun brilyant biznesinə aidiyyatı və yaraqlılarla əlaqəsinin olmadığını deyir.

DAHA ƏTRAFLI BURADA OXU
XS
SM
MD
LG