Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:53

ZQAN Holdinqin rəhbərliyi sahibkarlara vəd verdi


Avqustun 9-da 10 qədər sahibkar ZQAN holdinqin qarşısında etiraz aksiyası keçiriblər. Onlar Metronun «28 May» stansiyası qarşısındakı yeraltı ticarət mərkəzində köşkləri əllərindən alınan sahibkarlar olduqlarını və pozulmuş hüquqlarının bərpasını tələb etdiklərini bildirirlər.

Bu barədə AzadlıqRadiosuna həmin sahibkarlardan olan Vahid Əliyev məlumat verib:

«ZQAN holdinqin qarşısında aksiya keçirdirdik. Bizə görüş təklif olundu. Görüşdə şirkətin rəsmilərindən olan Elnur Abdullayev söz verdi ki, həftənin 4-cü günü yeraltı ticarət mərkəzində sizin köşklər quraşdırılacaq və 10 nəfərlə müqavilə bağlanacaq. Ona görə də biz aksiyanı dayandırdıq».

Sahibkar deyir ki, əgər ZQAN rəhbərliyi vədinə əməl etməsə onlar həftənin 4-cü günündən aclıq aksiasına başlayacaqlar.

Sahibkarlar deyir ki, Nəqliyyat Nazirliyinin balansında olan yeraltı ticarət mərkəzi təmirdən çıxandan sonra 10-a yaxın mağazanı icarəyə götürərək işlədiblər. Amma sonradan mağazalar əllərindən alınıb.

Məsələ ilə bağlı holdinqin mövqeyini öyrənmək mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG