Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:56

İndoneziyada dini lider terrorzim ittihamı ilə tutulub


İndoneziya polisi müsəlman dini lideri Əbu Bəkir Bəşiri terrorçu qruplarla əlaqə saxlamaq ittihamıə ilə həbs edib. Onun vəkili din xadiminin bu gün saxlandığını bildirib.

Polis onu İndoneziyanın şərq əyalətlərində peyda olan yeni terrorçu qrupla bağlılıqda ittiham edib. Həmin qrup bir neçə terror aktı törətməkdə, həmçinin də ölkə prezidentinə sui-qəsd təşkil etməkdə şübhəli bilinir.

Bəşir bundan əvvəl də terror hadidəsi ilə əlaqədar həbs edilmişdi. Onu 2020-ci ildə Balidə əksəriyyəti əcnəbilər olan 202 nəfərin ölümü ilə nəticələnmiş bomba partlayışlarla bağlılıqda ittiham edərək həbs etmişdilər. 2006-cı ildə həbsdən azad edilmişdi.

Hakimiyyət Əbu Bəkir Bəşiri Bali hücumunu təşkil etmiş və Əl-Kaidə ilə bağlı olan Cemah İslamiyah qrupuna mənəvi rəhbərlikdə ittiham edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG