Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:10

Moskvada vəfat edənlərin sayı iki dəfə artıb


Moskva şəhər Səhiyyə İdarəsinin rəisi bildirib ki, paytaxtda əvvəllər gündə 360-380 nəfər bu və ya digər səbəbdən vəfat edir. Amma son son vaxtlar bu rəqəm gündə 700 nəfərə çatıb. Onun dediyinə görə hazırda Moskva morqlarında da yer dolur. Ümumilikdə 1500 meyid üçün nəzərdə tutulan morqlarda hazırda 1300 nəfərin cəsəi var.

Rəsmilər ölkəni bürüyən meşə yanğınlarına görə paytaxt Moskvanı da tüstü bürüdüyünü, havanın kəskin isti keçməsi və çirklənməsini əsas gətirirlər.

Bun görə şəhər sakinləri xüsusi qoruyucu maskalar geyinməyə başlayıblar.
XS
SM
MD
LG