Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:08

Naomi Kempbel «Teylorun brilyant göndərdiyini deyib»


Mia Ferrou ifadə verir

Mia Ferrou ifadə verir

Avqustun 9-da Haaqa məhkəməsində Liberiyanın keçmiş lideri Çarlz Teylorun məhkəmə istintaqı davam edib. Məşhur aktrisa Mia Ferrou ifadə verib.

Ötən həftə Niderlandda- Siera Leona üzrə Xüsusi Məhkəmədə 40 yaşlı Kempbel ifadəsində deyib ki, 1997-ci ildə Cənubi Afrikanın keçmiş prezidenti Nelson Mandelanın təşkil elədiyi nahardan sonra ona «çirkli görünən daşlar» hədiyyə verilib, ancaq hədiyyənin kimdən olduğunu bilməyib.

QAPINI DÖYƏNLƏR KİM İDİ?


Ferrou məhkəmədə deyib ki, Kempbell səhər yeməyinə oturmamışdan ötən gecəki əhvalatı danışmağa başlayıb:

«O danışırdı ki, qapının səsinə oyanıb, bir neçə kişi ona Çarlz Teylordan yekə bir brilyant gətirib. Onu da deyirdi ki, brilyantı Nelson Mandelanın uşaq fonduna verəcək».

Kempbel də ötən həftəki ifadəsində deyirdi ki, qapını döyən iki kişi ona bir torba çirkli görünən daşlar veriblər, ancaq kimdən olduğunu deməyiblər.

Liberiyanın keçmiş prezidenti Teylor Sierra Leonada vətəndaş müharibəsi vaxtı hərbi cinayətlərdə, qiyamçıları maliyyələşdirmək üçün brilyantlardan istifadədə ittiham olunur. Ona qarşı qətl, zorlama, cinsi köləlik, uşaqlardan əsgər yığmaq- üst-üstə 11 ittiham irəli sürülüb. Ancaq Teylor bu ittihamları inkar edir.

KİM DEDİ Kİ BRİLYANTI TEYLOR GÖNDƏRİB?


Liberiyanın keçmiş lideri Çarlz Teylor
Kempbelin məhkəmədə deməsinə görə, səhər yeməyindəki qonaqlardan biri deyib ki, hədiyyəni Teylor göndərə, bu çirkli daşlar brilyant ola bilər.

Bu fikrin hansı məqamda söylənməsi barədə Ferrou belə deyib: «Miss Kempbell. Miss Kempbell otağa daxil oldu. Çox həyəcanlı idi, dedi ki, «Aman Allah, gecə qapının səsinə oyanıram, Çarlz Teylorun göndərdiyi kişiləri görürəm, görürəm ki, o mənə yekə bir brilyant göndərib».

Hədiyyənin Teylordan olmasını kim deyib sualına Ferrou belə cavab verib: «Naomi Kempbell».

Ferroudan soruşublar ki, hədiyyəni Teylorun göndərməsinə yemək stolu arxasında o deməyib ki?

«Qətiyyən yox».

«Bu fikri kim ortaya atıb?»

«Naomi Kempbell dedi ki, həmin adamları Çarlz Teylor göndərib».

«O, LİBERİYA PREZİDENTİDİR, BURDA OLMALIYDI»


Ferrou deyib ki, o, qonaqlığa gələndə Teylor orda imiş.

Nelson Mandelanın həyat yoldaşı Qrasiya Maçel ona deyib: «Xeyir, xeyir, siz bu adamla şəkil çəkdirmək istəməzsiz. O, Liberiyanın prezidentidir. O, burda olmamalıydı, indilərdə getməlidir».

«O, məni və uşaqları başqa yerə apardı».

Məşhur aktrisa Mia Ferrou
Ferrou məhkəmədə supermodelin bu sözlərini xatırladıb: «Əlbəttə, mən bu brilyantı saxlayan deyiləm. Əlbəttə, Bunu Madibanın uşaq xeyriyyə fonduna verəcəyəm».

Ferrou deyib ki, dediklərini uşaqları ilə də müzakirə edib, onlar da eyni şeyləri xatırlayırlar. 1997-ci ildə aktrisanın uşaqlarının 17, 12 və 10 yaşı olub.

SÖHBƏT NEÇƏ BRİLYANTDAN GEDİR?


Ondan soruşublar ki, Kempbel bircə brilyantdanmı danışıb? Kempbel ifadəsində demişdi ki, 2-3 daş alıb. Kempbelin əvvəlki agenti Karol Uayt isə altı, yaxud 5-7 almazdan danışıb.

Ferrou deyib: «Mən ancaq Naomi Kempbelin dediyini deyə bilərəm. Xatırlaya bildiyim ancaq budur. Məncə, mən brilyantları cəm formasında yadımda saxlamışam».

«Yadımda qalan odur ki, o, yekə bir brilyantdan danışırdı. Dediyi ancaq buydu».

Ferrou əlavə edib ki, bəzi detalları xatırlamır, məsələn, Teylor nahara qalıbmı, Kempbelin qapısını neçə kişi döyüb?

«Hətta istintaqın mənimlə əlaqə yaratdığı ili də xatırlamıram».

Günün bütün mövzuları

XS
SM
MD
LG