Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:39

Şagirdlər vahid forma geyinəcək



Bu il ilk dəfə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 326 orta məktəbin I-IV sinif şagirdləri vahid məktəbli geyimində məktəbə gələcək.

Bu proses məcburi qaydada həyata keçirilir. Bu barədə APA-ya məlumat verən idarənin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib ki, vahid məktəbli geyimlərinin eskizləri artıq hazırdı. Onun sözlərinə görə, eyni forma geyinən məktəblilərin hansı məktəbin şagirdi olmasını onların yaxalarına taxacaqları loqo göstərəcək.

Geyimləri Bakı Tikiş Fabriki tikir. Zəminə Əliqızı deyir ki, artıq geyimlərin tikilməsinə başlanılıb. Bir dəst paltar 40 manatdır.

Z. Əliqızı deyib ki, gələn ildən Bakının V-XI şagirdləri də vahid məktəbli geyiminə keçəcəklər. Həmin sinif şagirdləri məktəbə bu il əvvəlki ilin məktəbli geyimində gələcəklər.
Üç ildi ki, Bakıda hər məktəb I-IV sinif şagirdləri arasında öz geyim formasını tətbiq edirdi.
XS
SM
MD
LG