Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:26

Müxalifətçilərin 4-ü hələ həbsdədir


Müxalifətin 31 yul mitinqində saxlanılan 10 nəfərin 4-ü hələ həbsdədir.

Bu barədə AzadlıqRadiosuna məlumat verən Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı deyir ki, artıq azadlıqda olan 6 nəfərin sonuncusu avqustun 8-də təcridxanadan buraxılıb. Həbsdə qalanların 4-ü də AXCP üzvüdür və onların barələrində 10 günlük həbs qətimkan tədbiri seçlib.

İyulun 31-də bir neçə müxalifət partiyasının keçirdiyi mitinq zamanı yeddisi AXCP, ikisi Müsavat, biri isə KXCP üzvü olmaqla 10 nəfər saxlanılıb.

Saxlanılanlar həbsxanada özlərinə qarşı rəftara etiraz olaraq aclıq aksiyasına başlamış və avqustun 3-də yeməkdən imtina etmişdilər.
XS
SM
MD
LG