Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:21

"Əfqanıstandakı qətl “qeyri-adi zorakılıq"dır



Əfqanıstan və Birləşmiş Ştatlar təhqiqatçıları beynəlxalq tibbi hümanitar missiyanın 10 əməkdaşının qətliylə bağlı istintaq aparır.
Bu qətli Taliban öz öhdəsinə götürüb.
Məlumatlara görə, ötən həftə, hücumdan qabaq humanitar qrup göz və digər xəstəliklərin müalicəsiylə bağlı Əfqanıstanın qərbindəki kəndlərdə olub.
ABŞ-ın dövlət katibi Hillari Klinton bu qətli “qeyri-adi zorakılığın mənfur akt”ı kimi qiymətləndirib.
Klinton Talibançıların qrupun missionerliklə və casusluqla məşğul olması ilə bağlı iddiasını rədd edib.
Öldürülənlərin səkkizi ABŞ, Almaniya və Britaniya vətəndaşlarıdır, ikisi yerli sakindir. Könüllülərin 3-ü qadın olub.

XS
SM
MD
LG