Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:02

İranlı vəkil Norveçə gedib


İranda ərinə xəyanətdə süçlandırılaraq daşqalaq edilməklə ölümə məhkum olunmuş qadının vəkili Norveçə gəlib. O deyib ki, İran hakimiyyətinin təqiblərindən canını qurtarmaq üçün Norveçə sığınıb.

Vəkil Məhəmməd Mustafayi Tehrandan ötən həftə qaçıb. İranın hüquq-mühafizə orqanları onu sorğu-suala çəkiblərmiş və sonradan onun arvadı ilə oğlunu həbs ediblər.

O, Norveçdən qabaq Turkiyəyə gedib.

Məhəmməd Mustafayi bildirir ki, müştərisi, ölüm çəzası kəsilmiş Səkinə Məhəmməd Aştaninin həbsinə beynəlxalq diqqəti yönəltdiyi üçün hüquq-mühafizə orqanlarının təqibinə məruz qalıb.

Bir çox Qərb ölkələri və hüquq müdafiə təşkilatları İranı bu cəzanı ləğv etməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG