Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:21

Tapşırıq dovşanı və İnternetdə manyakdan qoruyan...


Avropa və Amerikalılar axtarış saytlarında ən çox nəyi axtarırlar? Nə ilə maraqlanırlar?

Google, Yahoo və bir sıra saytlar hər gün axtarılan sözlərin reytinqini dərc edir. Biz də bu reyqinqdən ən maraqlı olanlarını seçdik.


Tapşırıq dovşanı

Amerikada yeni yaradılan xidmət saytının adı belədir - taskrabbit. Tutaq ki Meri çox məşğuldur, hansısa işini çatdıra bilmir.

Elə bu vaxt hansısa universitet tələbəsi Maykın da pulu yoxdur. Onda Mayk saytda qeydiyyatdan keçir. Meri də saytda qeydiyyata düşür,

O, Maykı seçir və 15 dollar xidmət haqqı ödəyib ona hansı işi görməli olduğunu deyir. Mayk da Merinin işini görür.

Həm Meri xoşbəxt olur həm də Mayk. Necə deyərlər səndən hərəkət məndən bərəkət.

Ailənin gözətçi iti

Amerikada fəaliyyət göstərən sayt belə adlanır - www.familywatchdog.us

Saytın məlumat bölümündə bildirilir ki, statistikaya görə, Amerikada 5 qızdan və 6 oğlandan biri 18 yaşına qədər seksual hücuma məruz qalır.

Saytın məqsədi azyaşlıları belə hücumlardan qorumaqdır. Saytda xəritə bölümü var.

Amerikada yaşayan hər hansı şəxs xəritəyə girib adresini yazır. Yaxınlıqda nə vaxtsa həbsdə olmuş və ya adı xəbərdarlıq edilənlər siyahısına düşmüş seksual təcavüzə meylli şəxslər yaşayırsa, onların şəkilləri və ünvanları görünür.

Saytda deyilir ki, ailələr bu vasitə ilə ən azı ətrafda dolaşan insanları tanıya bilərlər.

Dəniz məhsullarının qoxu testi

Yahoo-nun ən çox axtarılanlar reytinqində bu yuxarı yerlərdən birini tutur.

Bildiyimiz kimi Meksika körfəzində böyük bir sahə neftlə çirklənib və sual yaranıb ki, körfəzdən tutulan balıqları yemək olarmı?

Körfəz ətrafı əhalinin əksəriyyəti balıqla dolanır.

Onlar neftlə çirklənmiş körfəzdən tutduqları balıqları yeyirlər. Soruşanda ki, bəs bu təhlükəli deyil?

Onların cavabı belə olur - balıq pis iylənmirsə deməli yemək olar.

Ən maraqlısı odur ki, alimlər də onların dediklərini təsdiqləyirlər. Qoxu ilə yeməyi yoxlamaq ən etibarlı üsul hesab edilir. Həm puluna qənaət, həm də vaxtına.

Hər halda kimsə ac vaxtında yeməyini aparıb analizdən keçməsini gözləyəsi deyil.

9 evlilik?

Saytlarda keçən həftə ən çox axtarılan adlardan biri Zsa Zsa Qabordur.

Alman şahzadəsi Frédéric Prinz von Anhaltla evləndən sonra Sári Prinzessin von Anhalt kimi tanınan Zsa Zsa Qabor 1917-ci ilin fevralında Budapeştdə anadan olmuş Macarıstan – Amerika aktrisasıdır.

Qabor 9 dəfə evlənib, 7 dəfə boşanıb, nikahlarından biri ləğv edilib.

Boşanma sayına görə bir zamanlar rekord qıran Qabor bir dəfə deyib ki, o yaxşı ev saxlayandır. Çünki hər dəfə boşananda ona ev qalıb.

Hazırda daimi müalicə altında yaşayır.

“Şirkətin inam prinsipini pozmuşam”

İnternet əhlinin diqqətini seks qalmaqalları da çox cəlb edir.

Gəlirlərinə görə dünyanın ən böyük informasiya texnologiyaları şirkətlərindən biri hesab olunan HP şirkətinin prezidenti olan Mark Vinsent Hard 1957-ci il yanvarın 1-də anadan olub.

6 avqust 2010-cu ildə şirkətin və bilavasitə onun adının seksual qalmaqalda hallandırılmasından sonra bütün vəzifələrindən istefa edib. Hard deyib:

- Mən başa düşürəm ki, elə hallar olub ki, mən təmsil etdiyim şirkətin inam, hörmət və etibarlılıq prinsiplərini pozmuşam və güman edirəm ki, HP-nin faktiki rəhbəri kimi işə davam etməyim çətin olacaq.

Çoxlu balıq saytı

Tərcüməsi çoxlu balıq olan www.plentyoffish.com tanışlıq saytıdır.

Təxminən 1.4 milyon insan bu sayt vasitəsilə öz yarını axtarmağa çalışır. Sayt kifayət qədər populyardır. Dünyada yaşayan tənha adamların sayını nəzərə alsaq saytın axtarış reytinqinin yüksək olmasını başa düşmək olar.

Yük maşınları?

Yahoo-nun ən çox axtarılanlar siyahısına əsasən yuxarı yerlədən birini də böyük yük maşınları tutur.

Beysbol matçında şillə səsi

13 ən gülməli evlilik təklifi. Bəli, ən çox axtarılanlar arasında bu ifadə də yer alıb.

İndiyə qədər seçilmiş 13 ən gülməli evlilik təkliflərinin hamısı rədd edilənlərdir.

Biri televiziya proqramında evlilik təklif edib, biri basketbol meydançasında. Ən ağırı isə beysbol fanatlarının arasında evlənmə təklifidir. Bu evlənmə təklifini edən oğlan qızdan möhkəm şillə cavabı alır.

On-line auksion

Avropa və Amerika əhalisi on-line auksionlara meyl göstərirlər. ən çox axtarılanlar siyahısında bu da var.

Bu həftə ən çox axtarılanlar arasında Barak Obama, Fidel Kastro, Mayk Tayson kimi adlar da yer alıb. Ən ağlagəlməz axtarış siyahılarının ardını gözləyin.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG