Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:52
Azərbaycan Yazıçılar Birliyində Varşavada yenicə çapdan çıxmış “Qırmızı limuzin: Azərbaycan hekayələrindən seçmələr” kitabının təqdimatı olub.

APA-nın məlumatına görə, antologiya Azərbaycanın Polşadakı səfirliyinin yardımı ilə nəşr edilib.

Kitaba 15 müəllifin – Maqsud İbrahimbəyov, Anar, Elçin, Çingiz Abdullayev, Hüseynbala Mirələmov, Aydın Talıbzadə, Elçin Hüseynbəyli, Qəşəm Nəcəfzadə, Rəşad Məcid, Məqsəd Nur, Qulu Ağsəs, Səlim Babullaoğlu, İlqar Fəhmi və Pərviz Yusifin hekayələri toplanıb.

Antologiyaya Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri, professor Vilayət Quliyev ön söz yazıb.

Hekayələri polyak dilinə Bakı Slavyan Universitetinin tələbə-müəllimləri olan tərcüməçilər – Lukaş Kaleta, İlahə Kərimova, Raisa Misgərli, Vüsalə Mustafayeva, Samirə Abdullayeva, Sonya Piriyeva çevirib.

Kitab Varşavada “PBS” yayın evində çapdan çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG