Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:48

Şeyxülislam Rusiya patriarxına müraciət edəcək


Qafqaz müsəlmanlarının dini lideri, şeyxülislam Hacı Allahşükür Paşazadə Moskva və bütün Rusiyanın patriarxı Kirilə Azərbaycan Ordusunun giziri Mübariz İbrahimovun meyitinin qaytarılması məsələsində yardım üçün müraciət etmək niyyətindədir.

«Mən yaxın vaxtlarda patriarxla görüş zamanı ermənilərin azərbaycanlı gizirin cəsədinin qaytarılması məsələsində onun yardım göstərməsi haqda məsələ qaldırmaq istəyirəm», - Qafqaz Müsəlmanları İdarəsinin sədri şənbə günü jurnalistlərə bildirib.

Mübariz İbrahimov bu il iyunun 18-dən 19-na keçən gecə cəbhənin Tərtər istiqamətindəki döyüşdə həlak olub, özüsə dörd erməni yaraqlısını öldürüb. Onun cəsədi indiyədək Azərbaycana qaytarılmayıb.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul tarixli sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında müstəsna xidmətlərinə görə, Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.
XS
SM
MD
LG