Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:30

Asiyanı daşqınlar ağzına alıb


Leysan yağışlarına görə Asiyanı daşqın bürüyüb.

Hindistanın Cammu və Kəşmir ştatında baş vermiş sürüşmələrdə 132 adam ölüb,600 nəfərsə itkin düşüb.

İtkin düşənlərdən 110-u xarici turistlərdir.

Çinin şimal-qərbində baş vermiş sürüşmələrdə isə 127 adam ölüb, 2 minə yaxın adam isə itkin düşüb.

Neçə gündür ki, Pakistanda baş vermiş daşqınlarda isə ölənlərin sayı 1600-ə çatıb, təxminən 15 milyon sakinə ziyan dəyib.

Həmçinin Şimali Koreyada minlərlə evi su basıb.
İtki barədə hələlik məlumat verilməyib.



XS
SM
MD
LG