Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:34

Müxalifətin növbəti mitinqi ayın sonuna qaldı


Müxalifət partiyalarının növbəti mitinqi bir də avqustun sonlarında keçiriləcək.

Bu barədə AzadlıqRadiosuna AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib. Sədr müavininin sözlərinə görə, indi onlar partiyanın avqustun 21-də keçiriləcək qurultayına hazırlaşırlar və bu səbəbdən də növbəti mitinq qurultaydan sonrakı müddətə təsadüf edəcək.

«Partiyanın Rəyasət Heyətində mitinqlərlə bağlı müzakirələr aparıldı və mitinqlərin keçirilməsi haqqında qərar qəbul olundu. Və qeyd edildi ki, Rəyasət Heyətinin növbəti toplantısında mitinqlərin vaxtı təyin edilsin».

Fuad Qəhrəmanlı deyir ki, onlar mitinqin vaxtı və yerilə bağlı müzakirələri Müsavat partiyası ilə birgə müzakirə edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG